Hamlet Xanızadənin xatirə gecəsi keçiriləcək

Hamlet Xanızadənin xatirə gecəsi keçiriləcək
Avqustun 26-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli teatr və kino xadimi, əməkdar artist, dövlət mükafatı laureatı Hamlet Xanızadənin 70 illiyinə həsr olunan xatirə gecəsi keçiriləcək.


Film Fondundan SİA-ya verilən məlumata görə, tədbirdə aktyorun həyat və yaradıcılığından söhbət açılacaq, xatirələr danışılacaq, oynadığı filmlərdən parçalar göstəriləcək. Gecədə aktyorun ailə üzvləri, kino xadimləri iştirak edəcək.


Foyedə isə Hamlet Xanızadənin həyat və yaradıcılığını əks etdirən foto sərgi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня