Argentinanın paytaxtı Buenos-Ayresdə beynəlxalq tanqo festvalının açılışı olub. Festival avqustun sonunadək paytaxtın müxtəlif meydanlarında davam edəcək.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, festival çərçivəsində 500-dən çox tanınmış incəsənət xadiminin iştirakı ilə 150-dən çox konsert, master-klass, rəqs axşamları və konfranslar keçiriləcək. Tanqo ilə bağlılığı olan malların yarmarkası qapılarını taybatay açacaq. Festivala gələnlərin diqqətinə "Karlos Qardel: İnsandan əfsanəyə" adlı sərgi təqdim olunacaq.

Məlumat üçün bildirək ki, dünyada tanqo kralı kimi tanınan məşhur müğənni və kinoaktyor Karlos Qardel 1935-ci ildə 44 yaşında Kolumbiyada təyyarə qəzasında həlak olub. Sərgidə onun yaradıcılığına dair 500-dən çox eksponat nümayiş etdiriləcək.
Bu musiqi bayramının kulminasiyası isə tanqo üzrə dünya çempionatı olacaq. Seçim turu gələn həftə başlayacaq. Seçimlərdə dünyanın müxtəlif ölkələrində 480 rəqs cütlüyü iştirak edəcək.
Qeyd edək ki, tanqo üzrə dünya çempionatı və festival Argentina paytaxtında doqquzuncu dəfədir keçirilir. UNESCO 2009-cu ildə Argentina tanqosunu dünya mədəni irsi siyahısına daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB