Avqustun 28-dən sentyabrın 4-dək Rusiyanın paytaxtı Moskvada milli kinematoqrafiyaların XV forumu keçiriləcək.
"Narimanfilm" studiyasından SİA-ya bildiriblər ki, forumda Azərbaycanı rejissor İlqar Safatın çəkdiyi "Sahə" filmi təmsil edəcək.
Qeyd edək ki, film məşhur bir fotoqrafın uşaqlıq dövrünə mistik səyahətindən bəhs edir. Reallığa qayıdan fotoqraf qəza nəticəsində xəstəxanaya düşən nişanlısının onun üçün nə qədər əziz olduğunu və yalnız məhəbbətin sayəsində onu həyata qaytarmağın mümkünlüyünü dərk edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB