“Yeni dalğa- 2011” musiqi yarışmasının qalibi ABŞ olub

“Yeni dalğa- 2011” musiqi yarışmasının qalibi ABŞ olub

Latviyanın Yurmala şəhərində təşkil olunan "Yeni dalğa- 2011" musiqi yarışması sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iyulun 27-dən start götürən gənc ifaçıların yarışmasının qaliblərinin adları açıqlanıb.

Belə ki, III yeri Rusiyanı təmsil edən "N. A. O. M. İ" qrupu qazanıb. Onlar 20 min avronun sahibi olublar. II yeri Ukrayna təmsilçisi Maşa Sobko 30 min avro qazanıb. I yeri, eyni zamanda 50 min avronu isə ABŞ-dan olan qaradərili Ceyden Felder əldə edib. Ona mükafatı yarışmanın təşkilatçıları Raymond Pauls və İqor Krutoy təqdim edib.

Alla Puqaçovaın adına təsis olunmuş mükafatı heç kimin gözləmədiyi Finlandiya təmsilçisi "Flute of Shame" qrupu qazanaraq və 50 min avroya sahib olub.

Latviyanın Yurmala şəhərində təşkil olunan "Yeni dalğa" musiqi yarışmasında bu il Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Finlandiya, Litva, Estoniya, Braziliya, Toqo, Polşa, ABŞ, Ermənistan, Özbəkistan, Latviya və Rusiya təmsilçiləri iştirak edib.

Qeyd edək ki, Yurmalada "Yeni dalğa" musiqi yarışması tanınmış bəstəkarlar İqor Krutoy və Raymond Paulsun təşəbbüsü ilə 2002-ci ildən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə