Əbülfəz Qarayev İspaniya nümayəndə heyətini qəbul edib

Əbülfəz Qarayev İspaniya nümayəndə heyətini qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin nümayəndə heyətini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İspaniya nümayəndə heyətinin tərkibinə Konqresin Xarici Əlaqələr komitəsinin sədri Xose Antonio Duran Yeida, millət vəkilləri Xuan Moskoso, Fransek Rikoma və Xosu Erkoreka daxil olub.

Görüşdə Ə. Qarayev nümayəndə heyəti ilə İspaniya Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı müzakirə və fikir mübadiləsi aparıb. Mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulayıb.

Sonra nazir hər il İspaniyanın Madrid şəhərində keçirilən "Fitur" Beynəlxalq Turizm Sərgilərində Azərbaycan tərəfinin mütəmadi olaraq iştirak etdiyini bildirib. O, Azərbaycanda İspaniya Krallığının səfirliyinin açılmasının qarşılıqlı turist mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini qeyd edib.

Görüş zamanı nazir Azərbaycanda tikilən yeni mehmanxanalar, Şahdağ qış-yay turizm kompleksi və digər turizm infrastruktur obyektləri haqda qonaqları məlumatlandırıb. O, Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki parlaq qələbəsindən sonra ölkəyə böyük turist axının gələcəyinin gözlənildiyini qarşı tərəfin nəzərinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня