Gənc Tamaşaçılar Teatrında Kino gününə həsr olunan bədii gecə keçiriləcək

Gənc Tamaşaçılar Teatrında Kino gününə həsr olunan bədii gecə keçiriləcək

Avqustun 2-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kino gününə həsr olunan bədii gecə keçiriləcək.

SİA-nın məlumatına görə, bu ilki bayram tədbirinin proqramında dövlət sifarişi ilə "Bizim kino" prodüser mərkəzində istehsal olunan rejissor Yavər Rzayevin "İlahi məxluq" bədii filminin nümayişi, "Azərbaycanfilm" kinostudiyasının fondlarında saxlanılan geyimlərdən ibarət "Azərbaycan kino geyimləri" sərgisinin təqdimatı təşkil olunacaq.

Peşə bayramı günü bir qrup kino veteranlarına pul mükafatları veriləcək, bu ilki "Bu meydan, bu ekran" müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə