Əbülfəs Qarayev: “Bu il yay mövsümündə Azərbaycanda turizm qiymətləri 15-20 faiz aşağı düşüb”

Əbülfəs Qarayev: “Bu il yay mövsümündə Azərbaycanda turizm qiymətləri 15-20 faiz aşağı düşüb”
"Azərbaycanda keçiriləcək "Eurovision 2012" yarışması ilə bağlı mütəmadi olaraq məlumatlar verilir. Artıq müsabiqəyə hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və onun hər bir üzvü öz sahəsinə müvafiq olaraq verilən tapşırıqların icra olunması istiqamətində müəyyən işlər görür". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.O bildirib ki, nazirlik öz növbəsində turizm, qonaqların yerləşdirilməsi ilə bağlı məsələləri müzakirə edir.


Əbülfəs Qarayev Azərbaycanda turizm qiymətləri barədə də məlumat verib. O vurğulayıb ki, nazirlik mütəmadi olaraq turizm qiymətləri ilə bağlı monitorinqlər keçirir: "Bu il yay mövsümündə real olaraq turizm qiymətləri 15-20 faiz aşağı düşüb. Üstəlik, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlər həm qalmaq, həm də bu kimi digər əlavə xidmətlər təklif edirlər. Bu, qiymət tənzimlənməsinə də xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə