Stinq Qazaxıstanda verəcəyi konsertini ləğv edib

Stinq Qazaxıstanda verəcəyi konsertini ləğv edib

Məşhur ingilis bəstəkarı və müğənnisi Stinq siyasi motivlərlə əlaqədar olaraq Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan konsertini ləğv edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu haqda onun rəsmi "www.sting.com" internet saytında yazı dərc olunub.

Müğənninin rəsmi saytında deyilir ki, məşhur hüquq müdafiəsi təşkilatı olan "Amnesty International" Stinqi Qazaxıstanın neft-qaz sektorunda çalışanların haqqları daim pozulması ilə bağlı məlumatlandırıb. Bu fakta reaksiya bildirən Stinq beynəlxalq ictimaiyyəti Qazaxıstanda aparılan repressiyalara göz yummamağa çağırıb.

2 iyul tarixində konsertin təşkilatçıları bildiriblər ki, tədbir sırf texniki səbəblərdən təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə