Türkiyə, İngiltərə, İsveç, Rusiya və digər ölkələrdə ölkəmizi layiqincə təmsil edən İ.İbadovanın ifasında Azərbaycan xalq mahnıları və muğam parçalarını xarici qonaqlar alqışlarla qarşılayıb.
Uğurla keçən konsertdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək 4 gün davam edən festivalın Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" muğam operası ilə başladığını və muğamla da yekunlaşdığını bildirib.
AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov bu möhtəşəm tədbirin təşkilatçılarına minnətdarlıq edib və festivalın dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulayıb.
Bununla da, iyunun 28-dən start götürən II beynəlxalq musiqi festivalı başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB