\"Eurovison 2012\"nin gələn il Azərbaycanda keçiriləcəyindən bu ölkənin turizm xidmətlərinin keyfiyyəti də yaxşı olmalıdır\"
\"Eurovison 2012\" mahnı müsabiqəsi gələn il Azərbaycanda keçiriləcəyindən bu ölkənin göstərəcəyi turizm xidmətlərinin keyfiyyəti də yaxşı olmalıdır. SİA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və tuizm naziri Əbülfəs Qarayevlə görüşdə Türkiyə Turizm Sərmayəçilər Birliyinin sədri Turqut Gür deyib.
Onun sözlərinə görə, Azərbaycana səfərinin məqsədi Azərbaycanda \"Turizm ili\"nə dəstəyin verilməsi və \"Eurovision 2012\" mahnı müsabiqəsinə hazırlıqla bağlı Azərbaycanın turizm sektorunun təmsilçilərinə tövsiyələr verməkdir.
\"Biz artıq Qəbələdə olmuşuq. Burada gördüklərimizə görə deyə bilərik ki, Azərbaycan turizminin çox böyük gələcəyi var. Otellərdə xidmətin səviyyəsi, personalın hazırlığı bizi çox razı saldı\", - deyə o əlavə edib.
Qarayev isə görüşdə bildirib ki, Türkiyə və Azərbaycan arasında digər sahələrdə olduğu kimi, turizm sahəsi üzrə də geniş əlaqələr var: \"İki ölkə turizm sahəsi üzrə qarşılıqlı kadr mübadiləsi aparır. Hazırda Türkiyənin tanınmış turizm menecerləri Azərbaycan Turizm İnstitutunda dərs deyirlər\".
Azərbaycan Turizm Assosiasiyasının dəvəti ilə iyunun 30-dan Türkiyə Turizm Sərmayəçilər Birliyinin (TSB) sədri Turqut Gür, TSB-nin idarə heyətinin üzvləri Ayhan Bektaş, Can Pulak, Recai Çakır, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) sədri Başaran Ulusoy, TURSAB-ın direktoru Ela Atakan, Türkiyə Turistik Otelçilər və İşletimçilər Birliyinin sədri (TUROB) Timur Bayındır, Türkiyə-Azərbaycan İş Şurasının (DEİK) sədri Cengiz Gül Azərbaycana səfərə gəliblər. Səfərin məqsədi iki ölkə arasında turizm sahəsi üzrə əməkdaşlığı genişləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB