Azərbaycanlı gənc ifaçı İtaliyada keçirilən beynəlxalq musiqi müsabiqəsinin qalibi olub

Azərbaycanlı gənc ifaçı İtaliyada keçirilən beynəlxalq musiqi müsabiqəsinin qalibi olub
8-yaşlı Züleyxa Abdullayeva Pyetro Arcento adına XIV Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi seçilib. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi Z. Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında ən yaxşı seçilib. Baxın "Kiçik Prelüdiya", Şopenin "Mazurka", Klementin "Sonatina" kimi musiqi əsərlərini ifa edən Z.Abdullayeva öz rəqiblərini arxada qoymağı bacarıb. Qeyd etmək lazımdır ki, Z. Abdullayeva 100 mümkün baldan 96-nı yığmaqla Avropanın musiqi arenasında Azərbaycanın imicini dəstəkləməyə imkan verib. Bu qalibiyyət sayəsində Z.Abdullayeva həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülüb.

Z.Abdullayeva qeyd edib ki, sözügedən qalibiyyət İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməyə ona yardım edən musiqi müəlliməsi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olub.

Beynəlxalq müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və s. ölkələrin təmsilçiləri iştirak edirdi. Ümumiyyətlə müsabiqədə 20-dənçox ölkə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə