İbrahim Tatlısəs bu gün İstanbula qayıdıb

İbrahim Tatlısəs bu gün İstanbula qayıdıb

Bir müddətdir Almaniyada müalicə olunan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs bu gün İstanbula qayıdıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs bu il aprelin 6-da səhər tezdən İstanbuldakı Acıbadəm Xəstəxanasından çıxarılaraq Səhiyyə Nazirliyinin ambulans təyyarəsi ilə Almaniyaya aparılıb.

Martın 14-nə keçən gecə İstanbulda sui-qəsdə məruz qalan müğənni başından güllə yarası almışdı. Nəticədə sol tərəfi iflic olan "İbo" Hamburq şəhərindəki tibb mərkəzində fizioterapiya və reabilitasiya kursu keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə