…Aktyorlar Erivo "musiqi və drama sahəsindəki xidmətlərinə görə" mükafatlandırılacaq - buraya onun "Wicked" müziklinin hər iki hissəsindəki rolları, bu ilin iyun ayında çıxan yeni R&B albomu "I Forgive You" və teatrdakı fəaliyyəti daxildir.
SİA-nın məlumatına görə, "The Wire" teleserialındakı və yeni "House of Dynamite" filmindəki rolları ilə tanınan İdris Elba "gənclərə xidmətlərinə görə" mükafatlandırılıb.
Aktyor həmçinin təhsili dəstəkləyən və gənclərin maraqlarını və hüquqlarını müdafiə edən bir fond olan Elba Hope Fondunun təsisçisidir.
Digər mükafatçılar arasında Viktoriya və Albert Muzeyinin direktoru Tristram Hant, eləcə də fiqurlu konkisürənlər Ceyn Torvill və Kristofer Din də var.
Mərasim 2026-cı ilin sonlarında kral iqamətgahında keçiriləcək.
Dəqiq tarix və yer hələ açıqlanmayıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB