Azərbaycan və Türkiyə hərbi istehkamçıları mühəndis təminatı üzrə tapşırıqları icra edir VİDEO

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə