Ermənistan ordusu Tərtərin Ələsgərli kəndinə “Smerç” raketi atıb

Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub. SİA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb: “Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə