Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurası Suriyanın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı məsələni bağlayıb. SİA xəbər verir ki, qərar rəsmi səsvermə keçirilmədən, konsensus əsasında qəbul olunub. Bununla da 2011-ci ildə Suriya ilə bağlı başlanan prosedura son qoyulub.
Suriya bir neçə gün əvvəl MAQATE ilə tam əməkdaşlığa və şəffaflığa sadiqliyini təsdiqləyərək, Direktorlar Şurasının gündəliyindəki “öhdəliklərin yerinə yetirilməməsi” bəndinin ləğv edilməsinə və məsələnin bağlanmasına çağırıb.
Suriya Xarici İşlər Nazirliyi və Atom Enerjisi Komitəsi məsələ ilə bağlı görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, əvvəllər bəyan edilməmiş nüvə materialları könüllü şəkildə açıqlanıb, beynəlxalq təminatlar və nəzarət rejiminə cəlb edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB