"Səbirsizliklə gözləyirik" - Dambrauskas "Mançester Yunayted"ə MEYDAN OXUDU

"Səbirsizliklə gözləyirik" - Dambrauskas "Mançester Yunayted"ə MEYDAN OXUDU

"Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Mançester Yunayted”lə keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.

Bu barədə UEFA Çempionlar Liqasının liqa mərhələsində İngiltərədə “Mançester Yunayted”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib.

SİTAT: “2002-ci ildə buraya gəlmişdim və məşqçilik sahəsində ilk işim “Manchester United Soccer School”da olmuşdu. Bu, “Old Trafford”da yerləşmirdi, ancaq ad və loqo eyni idi. Bununla qürur duyuram və indi Çempionlar Liqasında baş məşqçi kimi buraya qayıdıb oynamaq mənim üçün çox xoşdur”, – deyə o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə