Paşinyan Sülh Sazişindən niyə QAÇIR?

Paşinyan Sülh Sazişindən niyə QAÇIR?

Mətləb Salahov: “Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları aradan qalxmayınca heç bir real sülhdən danışmaq olmaz”

“Ermənistanın Baş naziri Nikol Paşinyan hər nə qədər Azərbaycanla əlaqələrin, xüsusilə ticarət və iqtisadi əməkdaşlığın yaradılması barədə danışsa da, əsas məsələ hesab edilən Sülh Sazişi barədə hələ də ciddi addım atmır. Ermənistan hökumət rəhbərinin bu şəkildə “arxayın” dayanması ortaya ciddi suallar doğurur. Çünki hazırkı Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiaları ilə bağlı gen-bol müddəalar var və bunlar aradan qalxmayınca heç bir real sülhdən danışmaq olmaz”.

Bu barədə SİA-ya açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bəyan edib. O qeyd edib ki, ABŞ-ın siyasi himayəsi altında Ermənistanı iqtisadi məngənədən və sosial böhrandan çıxarmaq üçün çalışan, seçkilərdən sonra öz siyasi diktaturasını formalaşdıran N.Paşinyan, hələ də Azərbaycanla real sülh üçün nə referendum keçirib, nə də ordakı ərazi iddiaları ilə dolu müddəaları silib atacağı barədə bir kəlmə də olsun danışayıb. “TRIPP layihəsinin çətirinə sığınıb iqtisadi nəfəslik axtaran hazırkı Ermənistan rəhbərliyi görünür ənənəvi erməni hiyləsinə baş vurur: güclülərin çətirinə girib özünə dayaq yaradır. Ənənəvi erməni xislətində bu məqam hələ Çar dövründən üzübəri müşahidə olunur.
Niyə rəsmi Vaşinqton N.Paşinyan hökumətindən Sülh Sazişini reallaşdırmaq üçün bircə tələb belə etmir? Yoxsa bölgədə öz iqtisadi və siyasi maraqları təmin olunur deyə əsas görməli olduğu sülh missiyasını artıq masadan qaldırıblar? Təəssüf ki, hazırkı görüntü belədir.”

Afət Tahiqrızı

Bütün xəbərlər Facebook səhifəmizdə