Şəhərlərimizi atəşə tutan daha iki "Smerç" bu gün məhv edilib (VİDEO)

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə