Ukrayna Prezidenti Volodimir Zelenski mühüm bəyanatla çıxış edib. Dövlət başçısı bəyan edib ki, Ukrayna Rusiya ilə enerji infrastrukturlarına zərbələrin dayandırılması barədə razılaşmaya hazırdır. O bildirib ki, razılaşma üçün Rusiyanın da şərtlərə əməl etməsi lazımdır:
SİTAT: “Ərzaq, enerji və insanların normal həyatını təmin edən digər əsas infrastruktur obyektləri qorunmalıdır. Rusiya hər gün Ukraynanın enerji obyektlərini, liman infrastrukturunu, logistika mərkəzlərini, ərzaq və dərman anbarlarını hədəfə alır. Əgər tərəfdaşlar Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna, eləcə də ərzaq daşımalarına zərbələr endirməməsini təmin edə bilsələr, Kiyev də buna qarşılıq olaraq öz zərbələrini dayandırmağa hazırdır”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB