5 yaşlı Mehman Ordumuza belə dəstək oldu

Balaca 5 yaşlı Hüseynalıyev Mehman Toğrul oğlu üzərində Azərbaycan Bayrağı əks olunmuş geyimlə Azərbaycan Silahlı Qüvvələrinə dəstək olub. SİA-nın verdiyi məlumata görə, o ürək sözlərini bu cür ifadə edib: "Mən böyüyəndə əsgər olacağam. Əsgərlər vətənimizi qoruyur, düşmənləri öldürürlər. Əsgər torpağı qoruyur. Torpaq Vətəndi. Babam deyir ki, Vətəni qorumayana oğul deyilməz. Böyüyəndə əsgər olub torpaqlarımızı Vəzir baba kimi, Yusif baba kimi, Pənah baba kimi, öz babam kimi qoruyacam!... Azərbaycan Ordusuna uğurlar arzu edirəm. Qoy onlar erməniləri öldürsünlər. Çünki onlar biz uşaqları öldürürlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə