"Rəsmi Ankara Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyir." SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı qeyd edib.
Türkiyə Prezidenti Cənubi Qafqazla bağlı mövqelərinin son dərəcə aydın olduğunu vurğulayıb.
SİTAT: "Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik", – Türkiyə Prezidenti əlavə edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB