"Dəstəkləyirik" - Ərdoğandan Azərbaycan və Ermənistan AÇIQLAMASI

22 Sentyabr 2026 23:03 (UTC+04:00)

"Rəsmi Ankara Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyir." SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı qeyd edib.

Türkiyə Prezidenti Cənubi Qafqazla bağlı mövqelərinin son dərəcə aydın olduğunu vurğulayıb.

SİTAT: "Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik", – Türkiyə Prezidenti əlavə edib.

Mətləb