"Azərbaycanın qələbə qazanması ölkəmiz qarşısında yeni imkanlar açdı" - MİLLƏT VƏKİLİ
"Azərbaycan qələbəsini təmin etdikdən sonra hesab edirəm ki, ölkəmiz qarşısında çox yeni imkanlar açıldı və bu imkanlar dövlətimizin daha da güclənməsinə, dövlətimizin daha da inkişaf etməsinə öz töhfəsini verdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
.jpg)
Onun sözlərinə görə, yəni, bu gün bu zəfər Azərbaycanı dünyada daha da tanıdır, dövlətimizin imkanlarını daha da artırır, dövlətimizin inkişafına özünün çox ciddi və mühüm töhfəsini verir"
"Bir neçə gün bundan əvvəl cənab Prezident qeyd etdi: bu zəfər, bu qələbə önəmlidir, ancaq biz başımıza gətirilən faciələri də unutmamalıyıq. Yəni, o baxımdan bu qələbənin əldə edilməsi bir tərəfdən bizi daha da güclü etdi, digər tərəfdən Azərbaycanda milli oyanışa öz töhfəsini verdi, milli həmrəyliyi və birliyi daha da gücləndirdi, Azərbaycan xalqının özünü dərk etməsi daha da sürətləndi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB