Şeytanı daşlamağa Məkkəyə getməyə nə hacət?

Müsəlmanın adətidir. Birinə əsəbləşəndə, ya işimiz tərs gətirəndə dişlərimizi qıcayıb hirslə şeytana lənət oxuyuruq. Bunun həm psixoloji mənası var, həm də dini. Psixoloji baxımdan bu hərəkət bizim səbrimizi bərkidir və biz xətadan qaçırıq. Dini mənası da odur ki, hirsli məqamda şeytan girər beyninə, səni nəyəsə vadar edər, lənət oxumaqla şeytanı qovub bu bəlanı özündən uzaqlaşdırırsan.

Bizlər nə az, nə çox, düz yüz yetmiş il şeytanın padşahı iblisin yer üzündəki ən sadiq nökərlərinin əlinin altında inləməyə məcbur edilmişik. Gecə-gündüz də “lənət şeytana” deyib, səbrimizi basmışıq. Biri şimaldan, biri də cənubdan bizi əhatəyə alan bu iblis nökərlərinə qulluq edə-edə iblis əhlini – şeytanı lənətləmişik. Rəbbim göydən baxıb və bizə qəzəbi tuturdu ki, ay zavallılar, siz orda şeytanın nökərləriniə qulluq göstərirsiniz, məndən də şeytana lənət istəyirsiniz?

Vaxt gəldi, zaman yetişdi, bu iblisin birindən canımızı qurtardıq. Daha doğrusu iç üzünü gördük, əsil şeytan olduğunu anladıq, hərəkətə keçdik, “sizdən hərəkət, məndən də bərəkət” deyən rəbbimiz də bizə “bərəkət payı” ərməğan elədi və içimizə doluşmuş şeytan sürüsünü qovub çıxardıq içimizdən.İndi hər vasitə ilə vurnuxur ki, yenidən qayıdıb içimizdə möhkəmlənsin. Bunun üçün də iki qüvvədən istifadə edir. Birinci qüvvə məlumdu. Şeytan nökərlərinin dabanyalayanı – hay tayfası. İkincisi də...

Bu dəfəki yazımıda demək istədiyim elə həmin ikincilərlə bağlıdı. Kimlərdi bunlar? Sapı özümüzdən olduğu hesab elədiyimiz kor baltalar! Bilmirəm, bəlkə də, ayıb olmasın, hansınınsa anası xətaya yol verib, kimdənsə (hətta ola bilər ki, haylardan) əldə edib. Amma, ən azı sənədlərində yazılır ki, filankəsin oğludu, azərbaycanlıdı və müsəlmandı. Amma əməllərinə baxırsan, nəinki azərbaycanlı, hətta Azərbaycana hörmət eliyən xalqın, bir az da dərinə getsək və bəzilərinin bəzi-bəzi cümlələrini nəzərə alsaq, heç Azərbaycanı sevməyən xalqın da nümayəndəsinin vurmadığı zərbələri vururlar bu millətə. Londonda, Vaşinqtonda, Parisdə, Münxendə, daha nə bilim hansı xaraba qalmışda oturub mənsub olduğu millətin yeganə ümid yeri olan Azərbaycan dövlətini söyən, bu dövləti ermənilərin və ermənipərəstlərin ayağına verən belə ikiayaqlıları necə insan hesab etmək olar, onu anlamıram.

Biri çıxıb deyir ki, ermənilər yox, azərbaycanlılar təxribat salır, sülhə təhdid yaradır. O biri deyir ki, xarici ölkələrdə ermənilərlə qarşıdurmanı yaradan azərbaycanlılardı, türklərdi. Bir başqası da... Yox, burda dayanıram. Sadaladıqca hirs vurur başıma, nə qədər şeytana lənət oxusam da, səbrimi basa bilmirəm ki, bilmirəm. Niyə, bilirsiniz? Bu danışanları başa düşdük. Artıq şeytanlar padşahı İblisin sərəncamındadırlar və İblisin sərəncamından qurtulmaları da, belə görünür ki, mümkün deyil. Bəs bu millətin ağıllı başları, ziyalı dediyimiz zümrəsi? Onlara nə olub? Görmürlərmi ki, beş-on nəfər “bizimki”ləri şeytanlar ələ alıb bizlərə qarşı hürdürür? Görmürlərsə, mənəvi gözləri tutulubsa, necə ziyalı adını üstlərində gəzdirirlər? Yox əgər mənəvi gözləri tutulmayıbsa, hər şeyi görüb də, seyr etməklə kifayətlənirlərsə, yaxud orda-burda, xəlvəti-xəlvəti danışırlarsa, lənət belə ziyalılığa! Millətin problemini görməyən də, görüb susan da, elə şeytana xidmət etmiş olur. Çıxıb nümayişkaranə şeytan nökərlərini lənətləmək əvəzinə, hirs başına vuranda “lənət şeytana” deyənlər, rəbbim sizin səsinizi eşitməz. Çünki biz ətrafəmızda bizim cildimizdə bizlərlə olan şeytana əl uzatmırıq, onun sifətini cırmırıq, amma tanrıdan göylərdə tüğyan edən şeytana lənət etməsini diləyirik.

Şeytana daş atmaq üçün dünyanın o başına – Məkkəyə gedirik. Amma ətrafımızdakı şeytanın gözünün üstündə qaşı olduğunu xatırlatmağa cəsarət etmirik. Bilmirəm, bəlkə sözlərim bir az kəskin oldu. Amma bu seyrçilikdən o qədər yorulmuşam ki, gecə-gündüz şeytana lənət oxumaq da dadıma çatmır. Tanrım ziyalı adlanan zümrəmizin dadına çatsın. Çatsın ki, yanındakı şeytanı görə və ona daş atmaq bir yana, bircə kəlmə “ayıb olsun” deyə bilsin!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə