“Azadlıq Radiosu” - kimin xidmətçisi və kimdən təlimat alan qurum?
Kimsəyə sirr deyil ki, ifadə, azad fikir və mətbuat azadlığı hər hansı bir öklkədə mövcuddursa, demək həmin ölkədə demokratik inkişaf meyaraları da inkişaf edir. Məhz bu baxımdan, heç də təsadüf sayılmamalıdır ki, Azərbaycanda demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi azad söz, azad fikir və azad mətbuat tam şəkildə bərqərar olunub. Belə ki, kütləvi informasiya vasitələrinin sərbəst, müstəqil fəaliyyəti və inkişafı üçün dövlətimiz tərəfindən hər cəhətli münbit şərait yaradılıb. Və buraya yalnız yazılı mətbu orqanları deyil, o cümlədən, televiziya və radio kanalları da aid olunmalıdır. Hətta yerli tv və radiolarla yanaşı, Azərbaycan xarici kanalların da ölkə daxilində yayımlanması üçün bütün imkanları yaradaraq, onların ölkə ictimaiyyəti ilə təmaslarını saxlamağa yardımçı olur. Bu isə, heç də bir demokratiya jesti deyil, bilavasitə, demokratiyanın tərəqqisinə doğru atılan mühüm addımdır.
"Azadlıq Radiosu" anarxist müxalifətin maraqlarının təmsilçisi statusunda çıxış edir
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyətinin istər yazılı, istər elektron mətbuata göstərdiyi diqqət bəzi siyasi motivi qərəzə, böhtana və xəyanətə söykənən media qurumları tərəfindən düzgün qiymətləndirilmir. Həmin qurumlardan biri də "Azadlıq Radiosu" və bu radionun Azərbaycan şöbəsidir. Və onu da qeyd etmək yerinə düşərdi ki, "Azadlıq Raiosu" birbaşa ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Yəni bu radio qurumu da, digər xarici KİV kimi, sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququna malikdir.
O da bəllidir ki, bu gün Azərbaycanda jurnalistlərin peşə davranışı qaydalarında bir sıra əhəmiyyətli məqamlar – hadisələrə obyektiv yanaşmaq, qərəzsizlik amilləri öz əksini açıq şəkildə tapıb. KİV istənilən məsələdə əsas peşəkarlıq meyarı olan obyektivliyi əldə rəhbər tutmalı və bundan irəli gələrək hər bir məsələdə tərəfsizliyini ortaya qoymalıdır. Amma təəssüflə qeyd etməliyik ki, "Azadlıq Radiosu"nun Azərbaycana yönəlik fəaliyyətində mətbuatın əsas meyarlarından olan obyektivlik və tərəfsizlik prinsiplərinin kobud şəkildə tapdalandığını və beləliklə, onların peşə davranışı qaydalarından tamamilə uzaq düşdüklərini görməmək mümkün deyil. Biz, ictmai rəy və sağlam düşüncəli cəmiyyət üzvləri bunu sonuncu prezident seçkisindən öncə və sonra daha çox görməyə başladıq. Məsələn, hələ ötən ilin prezident seçkiləri ərəfəsində radikal müxalifətin əsas tribunalarından birinə çevrilən, ölkədə qarmaqarışıqlıq, qeyri-sabitlik törətməyə cəhd edən "Azadlıq Radiosu" aşkar şəkildə Azərbaycanın Seçki Məcəlləsinin və KİV haqqında qanunvericiliyinin tələblərini və ümumən KİV-in bütün demokratik ölkələrdə qəbul olunmuş normalarını pozaraq dağıdıcı müxalifətin "Milli Şura"sının namizədi Cəmil Həsənlinin təbliğat-təşviqatında fəal iştirak edirdi. Bu radio "seçki prosesini işıqlandırmaq" adı altında qanunsuz təşviqat və əks-təbliğat işləri aparırdı ki, bununla da açıq şəkildə dağıdıcılıq yolu ilə iqtidara yiyələnməyə səy göstərən, bunun üçün qaranlıq xarici siyasi dairələrlə, Qərbdə fəaliyyət göstərən erməni lobbisinin emissarları ilə danışıqlara gedən radikallara dəstək göstərirdi. Daha dəqiq desək, "Azadlıq Radiosu" anarxist müxalifətin maraqlarının təmsilçisi statusunda çıxış edir, seçicilərin obyektiv, ədalətli məlumat almaq hüququnu pozur, Azərbaycanın daxili siyasətinə müdaxilə etmiş olurdu.
Əgər ölkənin dövlətçilik maraqlarına qarşı hər hansı bir qurum çıxış edirsə, həmin qurum ölkəmizin mübafiq orqanları tərəfindən araşdırılmalı deyil?
Bu gün də tərəfsizlik prinsipini tapdalayan "Azadlıq Radiosu" dağıdıcı müxalifətin və antiazərbaycançı şəbəkənin maraqlarını təmsil edənlərin əsas tribunası olduğunu hər addımda nümayiş etdirir. Təkcə son dövrlərdə həmin qurumun əməkdaşı Xədicə İsmayılın, o cümlədən, digər jurnalist heyəti üzvlərinin peşəkar fəaliyyət çərçivəsindən çıxaraq, tamamilə başqa istiqamətdəki fəaliyyətlərinə - xarici təşkilatların müxtəlif ölkələrdə keçirdikləri siyasi motivli tədbirlərdə radio əməkdaşlarının Azərbaycan əelyhinə şüarlar səsləndirmələrinə, hüquq müdafiəçiləri rolunda çıxış etmələrinə və s. bu kimi bənzər hallara nəzər salsaq, qeyd edilən fikirləri bir daha təsdiq etmiş olarıq.
Belə olan təqdirdə Azərbaycanın dövlətçiliyinin qorunmasında xüsusi yeri və rolu olan güc strukturlarının, prokurorluq orqanlarının "Azadlıq Radiosu"nun ofisində rəsmi şəkildə tədbirlər həyata keçirmələrinə radikal müxalifətin köhnə pafosları ilə etirazlar bildirmələri anlaşılan deyil. Demək, onların qeyri-ciddi "arqumentlərindən" belə çıxır ki, əgər ölkənin dövlətçilik maraqlarına qarşı hər hansı bir qurum çıxış edirsə, həmin qurum ölkəmizin mübafiq orqanları tərəfindən araşdırılmalı deyil? Əlbəttə ki, bu çox məntiqsiz bir fikirdir.
Daha bir faktı xatırlayaq. Belə ki, Azərbaycanın prokurorluq orqanları "Azadlıq Radiosu"nda müvafiq tədbirləri həyata keçirərkən, qardaş Türkiyə mətbuatında çox ilginc bir fikir səsləndirildi. Türkiyənin kanal 24 media orqanında vurğulandı ki, adıçəkilən radio həm də ABŞ-ın xüsusi xidmət təşkilatı kimi fəaliyyət göstərən Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təlimatlandırılır. Xüsusilə, Azərbaycanda bu proses həyata keçirilməkdədir. Maraqlıdır, belə olan zaman Azərbaycan dövləti nəyə görə öz dövlətçilik prinsiplərini qorumamalıdır?
Bütün bunlar öz yerində…
"Roll Call" qəzeti: ""Azadlıq Radiosu" "obyektiv xəbərlər, analitik yazılar təqdim etmək əvəzinə ABŞ-ın müttəfiqləri olan ölkələrə hücum edir"
Dəyərli oxuculara isə daha bir məqamı xatırlatmaq yerinə düşərdi. Hələ bu ilin avqust ayının 27-də belə bir informasiya əldə olundu ki, Amerikanın nüfuzlu "Roll Call" qəzeti "Konqres vergi ödəyicilərinin pullarından müttəfiqlərimizə hücum edən "Azadıq Radiosu"nun maliyyələşdirilməsi üçün istifadə edilməsinə son qoymalıdır" sərlövhəli məqalə dərc edib. Məqalənin müəllifi "The Jerusalem Post" qəzeti xəbərlər bölməsinin keçmiş redaktoru və "Baltimore Jewish Times" qəzetinin baş redaktoru xanım Maayan Caffe olub.
Müəllif yazmışdı ki, ABŞ Konqresi vergi ödəyicilərinin 750 milyon dollaradək vəsaitini "Azadlıq Radiosu"nun və "Amerikanın səsi" radiosunun maliyyələşdirilməsinə xərcləyir. "Azadlıq Radiosu" "obyektiv xəbərlər, analitik yazılar təqdim etmək, azad bazarların formalaşması və inkişafı prosesi üçün vacib olan daxili siyasi və regional məsələlərin müzakirə etmək əvəzinə ABŞ-ın müttəfiqləri olan ölkələrə hücum edir".
Caffe daha sonra qeyd edib: ""Azadıq Radiosu"nun Ağ Ev tərəfindən təyin edilən direktorlar şurası və fəaliyyətinin səmərəsi görünməyən ABŞ inspektor xidməti bilavasitə maraqların münaqişəsini qızışdırmaqla məşğuldurlar". Məsələn, müəllif bildirir ki, "Azadıq Radiosu" tolerant cəmiyyət ocağı, dünya ticarətində şəffaflığın yaradılması üçün vasitə kimi Hasilat Sahələrinin Şəffaflığı Təşəbbüslərini imzalayan ilk ölkələrdən biri olan Azərbaycanı daim ittiham edir. Azərbaycanın Dövlət Neft Fondu dünyanın ən yaxşı idarə olunan fondlarından biri kimi tanınır. 2011-ci il sentyabrın 11-də baş vermiş terror hadisələrindən bir neçə saat sonra ABŞ-a qeyd-şərtsiz kömək təklif edən Azərbaycan həm də Amerika xalqının etibarlı dostudur. Ölkə rəhbərliyi öz hərbi qulluqçularını sülhməramlı əməliyyatlar üçün Kosovoya, İraqa və Əfqanıstana göndərib. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasında vacib oyunçulardandır.
Jurnalist daha bir əəhəmiyyətli məqama toxunaraq qeyd edib ki, Ermənistan sovet ordusunun hərbi təchizatı və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionuna soxularaq oranı zəbt edib və hərbi işğal altında saxlamaqda davam edir. Beləliklə, amerikalı jurnalist tamn obyektiv baxış ortaya qoyaraq vurğulayıb ki, bu media qurumunun verdiyi qiymət qeyri-dəqiq və qeyri-obyektivdir: "Missisipi ştatından olan senator Rocer Uikerin yaxın vaxtlarda qeyd etdiyi kimi, ABŞ-ın bəxti gətirib ki, Xəzər regionunda belə bir sabit müttəfiqi var. Müəllif qeyd edir ki, Konqresin bu cür görkəmli üzvləri çoxdur və onlar "Azadlıq Radiosu"nun fəaliyyətinə diqqət göstərməlidirlər. Lakin Konqres "Azadlıq Radiosu"nun kefi istəyəni dərc etməsinə icazə verməklə, beynəlxalq arenada ABŞ-ın maraqlarına zərər vurmasına imkan yaradır.
Konqres öz radiostansiyaları və vebsaytı üzərində nəzarət tədbirləri görməlidir ki, bizim düşmənlərimizə yanlış məlumatlar yaymaqla ABŞ-ın özü üçün vacib olan Azərbaycanla münasibətlərə zərər vurulmasın".
Göründüyü kimi, ABŞ jurnalisti "Azadlıq Radiosu" ilə bağlı ortaya tam dəqiq və qərəzsiz, obyektiv diaqnoz qoyub.
"Azadlıq Radiosu"nun Azərbaycandan fərqli olaraq, Ermənistan haqqında xəbərlər bölməsində heç bir neqativ reportajlar müşahidə olunmur
Lakin daha bir ilginc məqam – "Azadlıq Radiosu"nun Azərbaycandakı fəaliyyətindən fərqli olaraq, bu media qurumunun Ermənistandakı şöbəsi ac-yalavac, xalqı kütləvi şəkildə ölkəni tərk edən, Sarkisyan kimi qan üzərində hakimiyyətdə oturmuş diktator rejimindən, Azərbaycan torpqalarının işğalından qətiyyən danışmır. Yəni Azərbaycandan fərqli olaraq, Ermənistan haqqında xəbərlər bölməsində heç bir neqativ reportajlar müşahidə olunmur. Hansı ki, Ermənistan ABŞ-ın ən qatı rəqiblərinin – xüsusilə, bu gün məlum hadisələrə görə sanksiya tətbiq etdiyi Rusiyanın "dost" adı altındakı forpostudur. Digər tərəfdən, qərbpərəst fəaliyyət xətti seçmək üçün çoxlu imkanlar olmasına rəğmən, Ermənistan Avropa İttifaqından və ümumiyyətlə Qərbdən imtina edib. Maraqlıdır, nəyə görə "Azadlıq Radiosu" bu barədə bir kəlmə də olsa fikir bildirmir, proqramlar hazırlamır?
Bu sualların və yuxarıda qeyd edilən amillərin isə bir cavabı var. Əgər bu gün Azərbaycan inkişaf edirsə, onun daxili və xarici düşmənləri də ciddi şəkildə narahat olmağa başlayırlar. Ələlxüsus, erməni lobbisindən maliyyəşənlər təlaşlarını gizlədə bilmirlər. Görünür, "Azadlıq Radiosu"nu maliyyələşdirənlər, o cümlədən, bu qurumun Azərbaycan şöbəsində özlərinə nökər işlədənlərin başqa əlacları qalmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə