Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına göstərdiyi köməyə görə Azərbaycana bir daha təşəkkür edib.
SİA xəbər verir ki, iyunun 30-da Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə çıxış edən Türkiyə lideri Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılışını xatırladıb.
“Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycan məhəlləsinin açılışını etdik. Fəlakətin ilk günündən ölkəmizə yardım əlini uzadan Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm”, – deyə o vurğulayıb.
Türkiyə dövlət başçısı, həmçinin Haaqada keçirilən NATO sammitinin nəticələrinə də münasibət bildirib və Şimali Atlantika Alyansının liderlərinin 2026-cı ildə Ankarada toplaşacağını elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə