Hindistanda kimyəvi zavodda baş verən partlayışda ölənlərin sayı 34 nəfərə çatıb

Hindistanın cənubundakı Telanqana ştatında “Sigachi Industries” kimyəvi zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadla məlumat yayıb.

Daha əvvəl 10 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Qeyd edək ki, ötən gün zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə