Milanın məşhur göydələninin damındakı reklam lövhəsi çöküb

İtaliyanın Milan şəhərində 192 metr hündürlüyündəki göydələnin damındakı reklam lövhəsi çöküb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məşhur memar Zaha Hadidin layihəsi olan 44 mərtəbəli göydələnin damındakı reklam lövhəsinin çökməsi nəticəsində xəsarət alan olmayıb, binanın daxilinə ziyan dəyməyib. Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ehtiyat tədbiri olaraq küçələr müvəqqəti boşaldılıb.

Milan Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə