Çinin “Baijiahao” nəşri Yaponiyanın Rusiyaya qarşı ərazi iddialarına sərt reaksiyasını yazıb. Müəlliflərin fikrincə, Moskva Tokionun qeyri-dost siyasətinə dözmək niyyətində deyil.
SİA-nın məlumatına görə, Yaponiya son illərdə adaların geri qaytarılmasında israr edərək dəfələrlə sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya sülh müqaviləsi üzrə danışıqları dayandırıb.
Bundan əlavə, vizasız rejim ləğv edilib və birgə iqtisadi layihələr dondurulub.
Jurnalistlərin qeyd etdiyi kimi, prezident Vladimir Putin nəhayət ki, Yaponiyanı mümkün güzəştlərlə bağlı hər hansı illüziyalardan məhrum edib.
Bu tədbirlər Kuril adalarının Rusiya Federasiyasının suveren ərazisi statusunun yenidən nəzərdən keçirilməyəcəyinə dair aydın siqnal olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə