Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, demokratik cəmiyyətlərdə əxlaqlı siyasət aparıb, ümummilli maraqlara müvafiq fikirlər söyləyib, bəyanatlar vermək çoxları üçün mümkünsüzdür. Çünki iddiaları ilə imkanları arasında ciddi fərq olduğunu dərk edənlər "bu, siyasətdir" deyib yalana, böhtana, bir sözlə, cəmiyyət üçün arzuolunmaz vasitələrə üstünlük verirlər. Bu yöndə çoxsaylı misallar da çəkmək olar. Sadəcə, son günlər gündəmi zəbt edən AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı yayılan məlumatların fonunda bəzi ağzıgöyçəklərin ziddiyyətli fikirlər söyləməsini qeyd etməklə, nədən bu mövzuya müraciət etdiyimizin əhəmiyyətini bilmək olar.
Məlumdur ki, Ə.Elçibəy indiki müxalifətin aparıcı simaları üçün yüksəliş nöqtəsi, gəlir mənbəyi olub. O mənada ki, 1975-ci ildə SSRİ-nin qan-qan dediyi bir vaxtda Ə.Elçibəy Moskva əleyhinə tənqidi fikirlər söyləmişdi. Sonradan Azərbaycanda milli azadlıq hərəkatı baş qaldıran zaman Ə.Elçibəyin bu qəhrəmanlığı kütlənin aparıcı qüvvəsi kimi öndə getməsi işinə yaramışdı. Ədalət naminə demək olar ki, yeni siyasi dönəmdə insanlar Ə.Elçibəyin sakit, həm də milli maraqlara uyğun fəaliyyət yolu göstərməsinə müsbət yanaşırdılar. Hətta onun AXC-nin sədri seçilməsinə və sonrakı mərhələdə prezidentliyə namizədliyinin irəli sürülməsinə dəstək verilmişdir. Amma siyasi proseslərin acınacaqlı sonluqla nəticələnməsi o fikri təsdiqlədi ki, Ə.Elçibəyin 1992-ci ildə prezidentliyə namizədliyinin irəli sürülməsi səhv və yanlış addım olub. Bunu Ə.Elçibəyin qardaşı Almurad Əliyev də mətbuata verdiyi açıqlamalarında etiraf edir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Ə.Elçibəyin ətəyindən yapışıb, onun çiyinləri üstündə hakimiyyətə gəlmək istəyənlər A.Əliyev kimi düşüncə tərzindən tamamilə uzaq olmuşlar. 1993-cü ilin iyun hadisələri baş verən zaman Ə.Elçibəyin və onun ətrafında olanların zəifliyi və prosesləri düzgün tənzimləyə bilməmələri az qala Azərbaycanın bir neçə yerə parçalanması ilə nəticələnəcəkdi. Bu ağır dönəmdə Bakıda qalıb prosesləri nəzarət altına almağa çalışmaqdansa, Ə.Elçibəy Kələkiyə getməyə üstünlük vermişdi.
Bütün bunlarla bağlı çox danışılıb və yazılıb. Bizim də əlavələrimiz digərlərindən fərqlənməyəcəyi şübhəsizdir. Ona görə də qısaca onu demək olar ki, Ə.Elçibəyin ətrafında olanlar öz maraqları xatirinə az qala Azərbaycanı güdaza verəcəkdilər. Ən diqqətçəkən məqam ondan ibarətdir ki, Elçibəyi sevə-sevə bağırlarına basıb, haqqında tamadalarsayağı xoş sözlər deyənlər, əslində, boğazdan yuxarı fikir söylədiklərini nümayiş etdiriblər. Çünki Elçibəyin yanında olanlardan biri olmuş Xanım Xəlilovanın mətbuata verdiyi açıqlamasına görə, mərhum AXCP sədrinin müalicə və müayinəsi şəxsən onun və Novella Cəfərovanın vasitəsilə həyata keçirilib. X.Xəlilova qeyd edir ki, o zaman Türkiyədən Bakıya gəldiyi zaman Ə.Elçibəyin bütün bədəninin şişdiyini və yeriyə bilmədiyini görüb. İ.Qəmbərov, Əli Kərimov, Fazil Qəzənfəroğlu və digərlərinin onun yanından qaçığını gördükdə, Türkiyənin səhiyyə orqanlarının rəhbərləri ilə danışıb onu Türkiyəyə aparılmasına nail olub.
X.Xəlilovanın sözlərindən o başa düşülür ki, indiki müxalifət funksionerləri Ə.Elçibəy haqqında pafoslu fikirlər söyləməklə, sadəcə, yuxarıda qeyd etdiyimiz kimi, əxlaqlı siyasətdən kənar addım atırlar. Əslində, Ə.Elçibəyə qarşı çıxmaqla, Elçibəyin əleyhinə iş aparıblar. Bəlkə də, Elman Türoğlunun, Hafiz Hacıyevin və digərlərin dediyi kimi, İ.Qəmbərov, Ə.Kərimov, Qənimət Zahidov Ə.Elçibəyin İran vasitəsilə zəhərlənməsini də həyata keçiblər. Nə bilmək olar? Siyasi maraqlar, daha doğrusu, AXCP-də sədrliyi ələ almaq arzuları Ə.Elçibəyin siyasi proseslərdən zəhərlənməsi ilə uzaqlaşdırılması istəyinə güc gəlib. Hər halda qənaətimiz budur. Yekun nəticəni isə hüquq-mühafizə orqanlarının verəcəyi şübhəsizdir. Bizim isə deyəcəyimiz ondan ibarətdir ki, zamanında Ə.Elçibəydən böyük dəstək görənlər, sonradan onu qadınların ümidinə buraxdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB