ABŞ məktəbində tələbələr bir-birini atəşə tutub!

Aprelin 20-də ABŞ-ın Florida ştatının Okala şəhərində yerləşən “Forest High School”da tələbələrdən biri digərinə atəş açıb.

AZƏRTAC xəbər verir ki, Florida ştatının Merion dairəsi polisinin məlumatına görə, şübhəli bilinən şəxs həbs edilib. Məktəb polislər tərəfindən əhatəyə alınıb, dabanından yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Dünən axşam Floridada ölümlə nəticələnən daha bir atəş olub. Nyu-Cersi ştatının Trenton şəhərində Con Haynout adlı bir şəxs “Ace China” restoranının pəncərəsinə yaxınlaşaraq orada nahar edən iki polisi öldürüb. Serjant Noel Ramires və şerifin köməkçisi Teylor Lindsi açılan atəşdən yerindəcə ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...