Əfqanıstanda partlayış: 6 polis ölüb

Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı altı polis əməkdaşı ölüb. Bunu yerli polis idarəsindən bildiriblər. SİA-nın Əfqanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, partlayışı terrorçu-kamikadze həyata keçirib.

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terroçu qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə