Saakaşvili Kiyevdən Polşaya uçub

Kiyevdə saxlanılan Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili artıq Ukraynadan çıxıb. Ukrayna KİV-lərinin yaydığı məlumata görə, Saakaşvili bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Xatırladaq ki, Mixeil Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə