Misirdəki terror aktında ölənlərin sayı 184 nəfərə çatıb

Misir Dövlət Televiziyasının son məlumatına görə, Əl-Rauda məscidində cümə namazı zamanı törədilən terror aktı nəticəsində həlak olanların sayı artıq 184 nəfərə çatıb, daha 125 insan müxtəlif dərəcəli xəsarət alıb.

Terrorçular cümə namazı zamanı dörd maşında Əl-Rauda məscidini mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq dua edənlər arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə