PKK-dan xain hücum: 3 əsgər şəhid olub

İyunun 27-də Türkiyənin Üs bölgəsində PKK terrorçuları hərbi avtomobilə hücum ediblər. Hadisə nəticəsində 3 əsgər şəhid olub. Anadolu Agentliyi xəbər verir ki, terrorçuların hücum etdiyi hərbi avtomobil Şırnak bölgəsində yerləşən Milli Jandarm Qüvvələrinin komando taboruna yemək aparırmış. Hücum zamanı yaralanan digər 3 əsgər isə Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib. Terrorçuların tutulması üçün bölgədə genişmiqyaslı əməliyyat keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə