Pakistanda həlak olanların sayı 148-ə çatıb

Pakistanın şərqində yanacaq daşıyan maşının aşması nəticəsində həlak olanların sayı 148-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pəncab əyalətində baş verən qəzada 50-dək adamın yaralandığı bildirilir.

Yerli əhali aşan avtomaşındakı yanacağı toplamağa başlayıb. Sonra gözlənilmədən partlayış baş verib. Nəticədə onlarla maşın və 75 motosiklet yanıb. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub.

Yanğında həlak olanların şəxsiyyətləri DNK analizinin nəticəsindən sonra müəyyənləşdiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə