2024-cü ilə qədər hərbi robotların tətbiqinə başlanacaq

Cənubi Koreya 2024-cü ilə qədər insan, heyvan və həşəratları təqlid edəcək hərbi robotların tətbiqinə başlamağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Silah Alışı Proqramları Agentliyi açıqlayıb. Məlumata görə, insan və həşəratları təqlid edən robotlardan sonra, cərgəyə quş, ilan və dəniz canlılarını yamsılayacaq robotlar qoşulacaq. "Biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, onlarla bağlı olan texnologiyaların isə müdafiə sənayesi sahəsinə böyük dəyişikliklər gətirəcəyi gözlənilir", - deyə bildirib. Ehtimal edilir ki, robotlar kəşfiyyat və axtarış-xilasetmə işlərində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...