ABŞ-nın istehsal etdiyi ən böyük təyyarə ilk uçuşunu edib.
SİA-nın xarici ktləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Los-Anceles yaxınlığındakı aerodromdan havaya qalxan təyyarənin uzunluğu 117 metrdir.
NASA-nın astrofiziki Tomas Tsurbuxen bu məqamı istehsalçı komanda üçün böyük tarixi hadisə adlandırıb.
Qeyd edək ki, yeni təyyarə “Boeing-747”-nin 6 mühərriki ilə təmin olunub.
Stratolaunch Systems — amerikan aerokosmik kompaniyası ilk bu tip təyyarəni 2020-ci ildə kosmosa göndərməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə