Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu edib

14 Aprel 2019 00:20 (UTC+04:00)

ABŞ-nın istehsal etdiyi ən böyük təyyarə ilk uçuşunu edib.

SİA-nın xarici ktləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Los-Anceles yaxınlığındakı aerodromdan havaya qalxan təyyarənin uzunluğu 117 metrdir.

NASA-nın astrofiziki Tomas Tsurbuxen bu məqamı istehsalçı komanda üçün böyük tarixi hadisə adlandırıb.

Qeyd edək ki, yeni təyyarə “Boeing-747”-nin 6 mühərriki ilə təmin olunub.

Stratolaunch Systems — amerikan aerokosmik kompaniyası ilk bu tip təyyarəni 2020-ci ildə kosmosa göndərməyi planlaşdırır.