"Çelsi" rəhbərliyi Rafael Beniteslə danışıqlara başlayıb

"Nyukasl" klubunun baş məşqçisi Rafael Benites karyerasını "Çelsi"də davam etdirə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Çelsi" rəhbərliyi Beniteslə danışıqlara başlayıb.

Mauritsio Sarrinin də taleyi məhz bu danışıqlardan asılıdır. Sarri "Yuventus"da işləyə bilər. Amma bunun üçün "Çelsi"nin Beniteslə razılığa gəlməsi lazımdır.

​Qeyd edək ki, Benites 2012/2013 mövsümündə "Çelsi"ni çalışdırıb. "Zadəganlar” onun rəhbərliyi altında Avropa Liqasının qalibi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...