Avropa Liqasının finalına gələcək turistlər üçün yeni sayt yaradılıb

UEFA Avropa Liqasının final oyununa gələcək turistlər üçün yeni sayt istifadəyə verilib. Xezerxeber.az-ın məlumatına görə, saytda azarkeşləri maraqlandıra biləcək bütün suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib. Bakıya gəlmək istəyən turist bir toxunuşla səyahətin asan yolları və Azərbaycan haqqında geniş informasiya əldə edə bilir.

Saytın üstünlükləri bununla da bitmir. Turistlər burada Bakının turizm əhəmiyyətli məkanları, oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu, nəqliyyatdan istifadə qaydaları barədə də məlumata sahib ola bilirlər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyib ki, saytda həmçinin yüksək səviyyədə təşkil olunacaq təhlükəsizlik tədbirləri haqda məlumat da yer alıb. Artıq saytdan yararlanan turistlər də var. Şəhərdə apardığımız sorğu isə göstərdi ki, portal elə indidən ingilis turistlərin işinə yarayıb.

Bu arada, artıq Bakının bir çox yerində final gününə hazırlıq işləri aparılır. Qız qalasının yaxınlığında, Azneft meydanında və digər mərkəzi hissələrdə final oyunu ilə bağlı plakatlar hazırlanıb, futbol topu yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...