Konte "Çelsi"nin təmsilçiləri ilə görüşməkdən imtina edib

İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Antonio Konte klubun nümayəndələri ilə görüşməkdən imtina edib. "Sky Sport" xəbər verir ki, London klubu 49 yaşlı italiyalı mütəxəssisin təzminat tələbini məhkəmədən kənarda həll etmək istəyib. Lakin Konte bu təkliflə razılaşmayıb və məsələnin məhkəmə yolu ilə həllini tapacağını bildirib.

Qeyd edək ki, Antonio Konte 2016 - 2018-ci illər aralığında "Çelsi"də çalışıb. O, klubundan ümumilikdə 23 milyon avro tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...