Peter Çex Arsen Vengeri "topa tutdu"

"Artıq bizə lazım olanı alırıq. Vengeri komandanın qələbəsi yox, oyun üslubu maraqlandırırdı". Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın qapıçısı Peter Çex deyib. London klubunun sabiq baş məşqçisi Arsen Venger haqda danışan çexiyalı qolkiper komandanın onun rəhbərliyi altında son 3 mövsümdə heç bir nailiyyət qazanmadığını xatırladıb: "Hərdən oyunlar elə də baxımlı və gözəl alınmır. Hesabı qorumaq üçün müdafiəyə çəkilməli olursan. Qələbə hər zaman qələbədir. Son 3 ildə "Arsenal" heç bir nəticə qazanmayıb".

Qeyd edək ki, 1996-cı ildən "Arsenal"ı çalışdıran Venger ötən mövsümün sonunda komandadan ayrılmış, yerinə isə Unay Emeri təyin olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə