PSJ "Şalke"nin müdafiəçisi ilə maraqlanır

PSJ daha bir müdafiəçi almağa yaxındır. SİA-nın məlumatına görə, klub "Şalke"nin müdafiəçisi Tilo Kerera ilə maraqlanır. Tərəflər transferlə bağlı razılığa gəliblər. Futbolçunun özü də müqavilənin şərtlərini parislilərlə müzakirə edib.

Kereranın müqaviləsi gələn il başa catır. Onu daha bir neçə il komandada saxlamağı düşünürdük. Ancaq PSJ-nin təklifini qəbul etməli olduq”,- deyə alman klubunun idman direktoru Kristian Xaydel bildirib.

Qeyd edək ki, Kerera ötən mövsüm Bundesliqada 28 oyunda meydana çıxıb və 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə