İker Kasilyas: "Karyeramın İspaniya mərhələsi başa çatıb" AÇIQLAMA

"Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Primerasına qayıtmaq fikrində olmadığını bildirib. SİA-nın məlumatına görə, futbolçu belə deyib: "Karyeramın İspaniya mərhələsi başa çatıb. "Santiago Bernabeu"da başqa ispan klubunun forması ilə meydana çıxmağı təsəvvür edə bilmirəm. Milli komandaya kömək etməyə həmişə hazıram. Hər şey əmşqçinin istəyindən asılıdır. Amma millidə rəqabət böyükdür. Orda oynamaq həyəcanverici olardı".

Qeyd edək ki, Kasilyas 1997-2015-ci llərdə "Real"ın şərəfini qoruyub. O, sonuncu dəfə İspaniya millisinin formasını AVRO-2016-da geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə