Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib FOTO-VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənova qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə