"Əsas məsələ verilişlərin məzmunun keyfiyyətinin artırılmasıdır"

“Azərbaycan televizaylarının efirində keyfiyyət dəyişiklikləri baş verməkdədir. Bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə daha çox estetik tərəfdən dəyişikliyə önəm verilir. Təbii ki, bu da olmalıdır. Aparıcılar estetik baxımdan məzmunlu geyinməlidirlər. Lakin əsas məsələ verilişlərin məzmunun keyfiyyətinin artırılmasıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilməsi məsələsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Deputat bildirib ki, İctimai Televiziyanın bu istiqamətdə məsələlərin həyata keçirilməsi üçün digərlərindən fərqləndirən cəhətləri var: “Hesab edirəm ki, İctimai Televizyada bu istiqamətdə görüləsi işlər çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərinin siyahısına baxdıqda siyahıda yer alan şəxslərin bir çoxlarının fəalyyəti ilə yaxından tanışam və onların şuraya üzv olduğuna şadam. Çox hörmətli Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova musiq mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir. Eyni zamanda efir məkanında mənəvi dəylərin qorunması təbliğ olunması, sujetlərin. filmlərin olması çox vacibdir. Bu gün din cəmiyyətdəki davranışlarımızı, mənəvi dəylərimizi müəyyənləşdirir. Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev bu istiqamətdə məsələlərin həllinə köməklik göstərəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...