Yəqin çoxları müşahidə edib ki, məktəbə gəldiyi ilk günlərdə daha çox birinci sinif şagirdləri özlərini həyəcan içində hiss edir. Bu hisslər onların həyatında əhəmiyyətli dəyişikliyə səbəb olur. Çünki dərsə başladıqdan sonra onlardan nizam-intizam, dərs oxumaq, səliqəli olmaq tələb olunur. Düzdür, bu, məktəbə qədər də uşaqlarda tərbiyə olunan davranışlardan sayıla bilər, amma bir var mərhələli davranışlar, bir də var qaydaların həyat tərzinə keçməsi. Bu situasiyada sadaladığımız keyfiyyətlər artıq uşaqların həyat tərzinə keçid sayılır. Bir çox şagirdlər əvvəlcə bu tələblərin öhdəsindən gələ bilmir.
Onu da qeyd edək ki, məktəb dezadaptasiyası standart olaraq iki aydan altı aya qədər davam edir. Son zamanlar belə hallar da müşahidə olunur ki, uşaqlar yuxarıda qeyd olunan zaman kəsiyində lazımi mərhələni keçə bilmir. Bu zaman prosesin müsbətə doğru idarə olunması üçün müəllim və valideynlərdən tələb edilən qaydalar, yanaşmalar var. AzEdu.az xəbər verir ki, belə hallarla qarşılaşdıqda pedaqoq hətta valideyndən öncə mütəxəssisə müraciət etməlidir.
Mütəxəssis kimdir?
İlkin mərhələdəki mütəxəssis məktəbin psixoloqudur. Uşağın diaqnozunu müəyyənləşdirmək üçün onunla söhbətlər aparılır. Uşaqla onun adaptasiyasına mane olan şəxsi və kənar keyfiyyətlər barədə fikir mübadiləsi edilir. Səbəblər aşkara çıxarıldığı zaman korreksiyaedici proqram hazırlanır. Beləcə, müəllim və məktəbin pedaqoqu uşaqla ilk təlimlərə başlayır. Eyni zamanda, durum barədə məktəblinin ailəsi də məlumatlandırılır.
Dezadaptasiyanı yaradan səbəblər
Problemlərdən biri uşağın müəllim və həmyaşıdları ilə ünsiyyətdə çətinlik çəkməsidir. Uşaqlar sakit və utancaq olur. Ünsiyyətə girə bilmədikləri üçün onlara elə gəlir ki, müəllimdən, ya da yoldaşlarından eşitdiyi elementar bilikləri mənimsəməkdə də acizdirlər. Bu üzdən uşaqlar öyrənməkdən qaçır və ya ümumiyyətlə, oxumaq istəmir. Bu, müəyyən mərhələdə məktəbə gəlmək qorxusu da yaradır.
Dezadaptasiyanı yaradan başqa bir səbəb müəllimin diqqəti ilə bağlıdır. Məsələn, sinifdə yaxşı qavrayan uşaqların sayı çox olduğu halda, nisbətən zəif qavrayışlılar diqqətdən kənarda qala bilər. Bu halla müşahidə olunan dezadaptasiyalarda məsuliyyət daşıyan tərəf pedaqoqdur. O üzdən psixoloqlar belə vəziyyətdə əvvəlcə müəllimlə iş aparır. Müəllimin həmin şagirdlə ünsiyyətinin daha mükəmməl qurulması istiqamətində məsləhətlər verilir. Yəni, müəllimin dezadaptasiya problemi yaşayan məktəbli ilə daha çox ünsiyyətdə olması tələb olunur. Eyni zamanda, bu tələbin həyata keçirilməsi üçün məsləhətlər verilir.
Bəzi hallarda məsuliyyət daşıyan tərəf ailədir
Bəzən uşaq o qədər də yaxşı qiymətlər almır. Valideyn buna görə uşağı aşağılayır, təhqir edir, fiziki təzyiqə məruz qoyur, onu qorxudur. Uşaqda neqativ hisslər daha çox fəallaşır və təhtəlşüurda belə bir fikir formalaşır: Mən nə edirəmsə, pisəm, bacarıqsızam, hörmət olunmayan şagirdəm, heç vaxt əlimdən yaxşı nəsə gəlməyəcək. Belə hallarda bəzən məktəb sözünü eşitməsi belə, uşaqlarda stress yaşadır. O, nəinki məktəbə getmək, ümumiyyətlə, məktəb sözünü eşitmək istəmir.
Valideynlərdən tələb olunur ki, uşaqlarda özünəinamın formalaşmasına çalışsınlar.
Uşaq özünü qiymətləndirməyi və özünə inanmağı bacarmalıdır. Bu, valideyndən tələb olunan ən vacib addımdır. Uşaq mütləq hiss etməlidir ki, ən yaxşı və ən ağır situasiyasında onun arxasında böyük qüvvə, valideyni var. Valideynlər təkcə öz uşaqları ilə deyil, həm də uşağın fəaliyyətdə olduğu və ya olacağı mühiti də öyrənməlidir.
Bu, təkcə uşağın mühitini formalaşdırmaq üçün ona yol göstərmək cəhdi deyil. Bu, həm də o deməkdir ki, uşaq ailəsi tərəfindən sevildiyini anlasın, görsün. Bütün bu addımlarda həmişə uşağa belə bir fikir təlqin edilməlidir: Biz bu dəstəyi sənə hər şeydən öncə ona görə veririk ki, səni sevirik. Yəni, uşaq üçün ailəsinin sevgisi əldə edəcəyi bütün uğurların bünövrəsidir. Dezadaptasiya mərhələsini aşmaq üçün valideynlər uşaqlarını digər uşaqlarla müqayisə etməməlidirlər.
Belə hallara bizim cəmiyyətdə çox rast gəlinir
Məsələn, valideyn deyir ki, filankəs səndən yaxşı bacardı, yaxşı oxuyur və sairə. Bu, uşaqda ciddi mənəvi zədəlar yaradır. Birincisi, uşaq müqayisə olunduğu yaşıdının yanında həmişə ehtiyatlı və qorxaq davranır. İkincisi, ətrafdakı yaşıdlara antipatiya formalaşır. Ən qorxulusu, uşaq olduğu kimi sevilmədiyini düşünməyə başlayır. Uşağı həmişə öz nailiyyəti ilə öymək, öz səhvi ilə müqayisə etmək vacibdir. Eyni zamanda, başqalarının yanında uşağı təhqir və ya tənqid etmək olmaz. Bu, heç ikilikdə olanda da məqbul hesab edilmir.
Əgər uşaq dərslə bağlı uğurlu nəticəni vermirsə, bunu onunla müzakirə etmək lazımdır. Uşağı cəzalandırmaq, təhqir etmək və sair kimi xoş olmayan variantlar heç vaxt müsbət nəticə verə bilməz. Əksinə, uşaq məktəbə adaptasiyadan yayınacaq, dərs oxumağa marağı olmayacaq, bir sözlə, təhsildən uzaq düşəcək. O üzdən valideyn qədər müəllim də bu məsələlərdə diqqətli olmalıdır. Qavraması zəifdir deyə, uşağı diqqətdən kənarda qoymaq olmaz. Çünki “uşaqdır” dediyimiz varlıqlar evdə və məktəbdə hər şeydən öncə şəxsiyyət kimi formalaşmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Nyu-York birjasında təbii qaz bahalaşıb
İqtisadiyyat 09:36İcma Avropa Parlamentinin qətnaməsini pisləyib
Siyasət 09:31Daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq
İdman 09:22Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:11Yeşilçam ulduzu yol qəzası keçirdi
Şou-Biznes 08:40Hindistanı Çinlə birləşdirən yol tamamilə uçub
Dünya 08:06Bu gün 31 dərəcə isti olacaq - PROQNOZ
Sosial 08:02ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır
Dünya 07:23ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ
Dünya 07:11Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Sosial 07:06Taylor Svift rekord qırdı
Şou-Biznes 06:3147 yaşlı Şakira şəffaf geyimi ilə heyrətləndirdi - FOTO
Şou-Biznes 05:50Blinken çinli həmkarı ilə görüşüb
Dünya 05:42Seneqalda ağır yol qəzasında 13 nəfər ölüb
Dünya 03:53Mahir Emrelidən Hidayət Heydərova HƏDİYYƏ
İdman 02:20Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib - FOTOLAR
Mədəniyyət 01:54Rostov sakini tövlədən 68 minaatan mərmisi tapıb
Dünya 00:51Rusiyanın uduzacağına inanmağın vaxtıdır..?
Dünya 00:05Kosmik tullantılar Çinin orbital stansiyasına ziyan vurub
Texnologiya 25 Aprel 23:53TRT İspanca rәqәmsal yayım platforması yayıma başlayır
Texnologiya 25 Aprel 23:44Rusiya qılıncoynadanları Olimpiya Oyunlarında iştirak etməyəcəklər
İdman 25 Aprel 23:36Türkiyə prezidentinin Bağdad və Ərbil səfərlərinin təhlili
Dünya 25 Aprel 23:25Qadın doqquz yaşlı ögey qızını döyüb...
Hadisə 25 Aprel 23:14Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
Dünya 25 Aprel 23:09Rusiya ABŞ-la diplomatik münasibətləri azaldacaq..?
Dünya 25 Aprel 23:04Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
İdman 25 Aprel 22:54Məhkəmə İvleyevanı ordunu gözdən salmaqda təqsirli bilib
Şou-Biznes 25 Aprel 22:43Ançelotti Kurtuanın son durumunu açıqladı
İdman 25 Aprel 22:34İngilislər husilərin raketini vurub
Dünya 25 Aprel 22:22Ruslar və belaruslar hələ ki, Litvaya gələ bilərlər..?
Dünya 25 Aprel 22:12Putin: "Miqrantlar kadr çatışmazlığı problemini həll edə bilməyəcəklər"
Dünya 25 Aprel 22:04Ruslar Balakleyadakı dəmiryol stansiyasına raket zərbəsi endiriblər
Dünya 25 Aprel 21:55Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Siyasət 25 Aprel 21:50Qərbin liberal hegemonluğunun sonu çatır...
Dünya 25 Aprel 21:45Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
Siyasət 25 Aprel 21:34“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”
Dünya 25 Aprel 21:28Çernobıldan sonra Alla səhhətində problem yaşayıb..?
Şou-Biznes 25 Aprel 21:24''Türk Həftəsi proqramını müxtəlif ölkələrdə təşkil etməyi planlaşdırırıq''
Dünya 25 Aprel 21:15Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 25 Aprel 21:03"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir"
Siyasət 25 Aprel 21:00Gürcüstan müxalifəti yeni mitinq elan edib
Dünya 25 Aprel 20:58ADNSU-da beynəlxalq elmi-praktiki konfrans başa çatıb
Təhsil 25 Aprel 20:56Hindistan ABŞ-a görə Rusiya ilə əməkdaşlığı dayandırır...
Dünya 25 Aprel 20:46İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır...
Dünya 25 Aprel 20:39Putin may ayında Çinə səfər etmək niyyətindədir
Dünya 25 Aprel 20:27Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
İqtisadiyyat 25 Aprel 20:16Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
Sosial 25 Aprel 20:04Ərəb Liqası Qərb ölkələrinə İsraillə bağlı çağırış edib
Dünya 25 Aprel 19:56Polşa xarici işlər naziri: ''Rusiya bizdən qorxmalıdır''
Dünya 25 Aprel 19:48“3+3” platformasının potensialından istifadə etmək lazımdır”
Dünya 25 Aprel 19:35Pavel Priqojin atasının ölümünün qisasını alıb?
Dünya 25 Aprel 19:28Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
Dünya 25 Aprel 19:17Avropa Parlamenti Putini legitim kimi tanımaqdan imtina edib
Dünya 25 Aprel 19:07Fuat Oktay: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik
Dünya 25 Aprel 19:03“Sahibkarlar günü” ilə bağlı konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR
İqtisadiyyat 25 Aprel 19:00Rusiya mədəniyyət nazirinin keçmiş müavini 7 il iş aldı...
Dünya 25 Aprel 18:56Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq
Dünya 25 Aprel 18:50Polşadakı yaraqlılar Belarusa qarşı hərəkətə hazırlaşırlar..?
Dünya 25 Aprel 18:47Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
Siyasət 25 Aprel 18:32İstehlaka yararsız qida məhsulları məhv edilib
Sosial 25 Aprel 18:28Qətərlə Nepal arasında əməkdaşlığa dair 8 müqavilə imzalanıb
Dünya 25 Aprel 18:23Türkiyə MN: ''Son bir həftədə 54 terrorçu da zərərsizləşdirilib''
Dünya 25 Aprel 18:17“Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
Siyasət 25 Aprel 18:12Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 25 Aprel 18:04“TikTok” yenilənmiş platforma icma təlimatlarını açıqlayıb - FOTOLAR
Sosial 25 Aprel 17:33Prezidentin kadr siyasəti nələrə söykənir? - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 25 Aprel 17:26SOCAR ilə DVX arasında memorandum imzalanıb - FOTOLAR
İqtisadiyyat 25 Aprel 17:25“Ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır” - SƏDR BİLDİRİB
İqtisadiyyat 25 Aprel 17:22Kanalda batan yeniyetmənin axtarışları davam edir - VİDEO
Hadisə 25 Aprel 17:21“Etdiklərinin qarşılığında cəzasını çəkməlidir” - ŞƏRH EDİLDİ
Siyasət 25 Aprel 17:20Ötən ay 63 milyon manat ipoteka krediti verilib
İqtisadiyyat 25 Aprel 17:19Azərbaycanda yeni nazir əvəzi TƏYİN EDİLDİ
Siyasət 25 Aprel 17:18Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
Təhsil 25 Aprel 17:17Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Siyasət 25 Aprel 17:09"Dünya müharibəsinin başlanması rəsmən olmasa da,.." - MÖVQE BİLDİRİLDİ
Siyasət 25 Aprel 17:07Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur – ŞƏRH EDİLDİ
Siyasət 25 Aprel 17:02“Azərbaycanın iqtisadi nailiyyətləri sahibkarlığın güclənməsi ilə müşayiət olunur” - Mikayıl Cabbarov
İqtisadiyyat 25 Aprel 17:01AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
İdman 25 Aprel 16:58Özəl xəbərlər
Digər xəbərlər“Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI
Siyasət 25 Aprel 18:12Qərbin “VARDANYAN ŞOUSU” – TƏHLİL
Siyasət 25 Aprel 18:04Prezidentin kadr siyasəti nələrə söykənir? - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 25 Aprel 17:26“Etdiklərinin qarşılığında cəzasını çəkməlidir” - ŞƏRH EDİLDİ
Siyasət 25 Aprel 17:20"Dünya müharibəsinin başlanması rəsmən olmasa da,.." - MÖVQE BİLDİRİLDİ
Siyasət 25 Aprel 17:07Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur – ŞƏRH EDİLDİ
Siyasət 25 Aprel 17:02Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8205 +0,04%
- GBP 2,1193 +0,09%
- RUB 0,0184 +1,09%