Nəsimi rayonunda görüş keçirilib

Dunya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş edən xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın rolu böyük olub. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Eyni zamanda Azərbaycan qadınları tariximizin butun dövrlərində xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.

SİA-nın məlumatına görə, “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları çoxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qayğı və dəstək güclənib. Bu gün respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.Gülarə Verdiyeva bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açıb.

Tədbirdə Bakı şəhər icra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynova çıxış edərək bildirib k Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan-dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir. Qadınların mötəbər qurumlarda təmsil olunması bizim üçün böyük fəxrdir. Daha sonra Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qadınların hüquqlarının qorunmasında, qadınların məşğulluq, sağlamlıq və sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildiribər ki, Uu Ödər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailərinə olan xüsusi diqqət və qayğısindan ətraflı söz açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib. Görüşün sonunda Nəsimi rayon qadınları adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə